Yüksəl - Dövlət qulluğu
DEV Adamlar
Dövlət qulluğu imtahanına hazırlaşmağın ən rahat və rəqəmsal yolu. Qanunların tam mətni, testlər, vakansiyalar və müsahibəyə hazırlıq — hamısı bir yerdə. Tətbiqdə dövlət qulluğu yazılı imtahanının əsas bölmələri üzrə testlər təqdim olunur: Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkür. Vəzifə qrupunuza uyğun suallarla çalışın, biliklərinizi yoxlayın və hər sualın izahı ilə mövzunu daha yaxşı mənimsəyin. İmtahana daxil olan qanunların tam mətninə maddə-maddə və axtarışla rahat baxın. Cavabları mənbə əsasında yoxlayaraq həm öyrənin, həm də biliklərinizi möhkəmləndirin. Müsahibə mərhələsinə özünütəqdim, dövlət qurumları və dünyagörüşü üzrə suallarla hazırlaşın. Azərbaycan tarixi, coğrafiya, mədəniyyət, ədəbiyyat, iqtisadiyyat, beynəlxalq təşkilatlar, elm və dünya tarixi üzrə bilik kartları ilə dünyagörüşünüzü genişləndirin. Dövlət qurumlarındakı vakant vəzifələr haqqında məlumatı — iş yeri, tələblər, əməkhaqqı və sənəd qəbulu tarixləri — bir yerdən əldə edin. Hazırlığını Yüksəl ilə tamamla, biliklərini gücləndir və məqsədinə doğru inamla addımla.