Lilitopia: Məktəbə Hazıram
Jamil Islamov
Lilitopia uşaqların sevərək öyrənməsi üçün hazırlanmış xüsusi bir tətbiqdir. Məktəbəqədər və ibtidai sinif yaşında olan uşaqlar burada sadəcə oyun oynamır, oynaya-oynaya hərfləri, rəqəmləri, rəngləri və yeni bacarıqları öyrənirlər. Ən önəmlisi isə odur ki, uşağınız öyrəndiyini hiss etmədən öyrənir və öyrənmək onun üçün maraqlı bir macəraya çevrilir. Lilitopia-da uşağınızı nələr gözləyir? • Məktəbəqədər öyrənmə oyunları Hərflər, rəqəmlər, fiqurlar, rənglər və başlanğıc səviyyə məntiq tapşırıqları uşaqlar üçün rahat və əyləncəli şəkildə təqdim olunur. • Riyaziyyat fəaliyyətləri Sayma, sıralama və müqayisə kimi tapşırıqlar uşağınızın riyazi düşünməsini oyunlarla addım-addım inkişaf etdirir. • Rəsm və boyama Uşaqların təxəyyülünü və yaradıcılığını gücləndirən, özünü sərbəst ifadə etməsinə kömək edən yaradıcı fəaliyyətlər. • Sosial və emosional öyrənmə Uşağınızın sosial bacarıqlarını inkişaf etdirməsinə, emosiyaları tanımasına, özünü daha rahat ifadə etməsinə kömək edən faydalı və inovativ oyunlar. • Təbiət və heyvanlar aləmi Uşaqları təbiətlə və heyvanlarla sevdirən rəngarəng və diqqət çəkən məzmun. Lilitopia müasir təhsil yanaşmalarına əsaslanaraq tamamilə Azərbaycan dilində və Azərbaycan məktəbəqədər təhsil kurrikulumuna uyğun şəkildə hazırlanıb. Əgər uşağınızın ekran vaxtında həm əylənməsini, həm də inkişaf etməsini istəyirsinizsə, Lilitopia ailəniz üçün doğru bir başlanğıcdır